12 Fevral 2021
11:52
14583

“Gəncliyə Dəstək” ictimai birliyi “Region könüllüləri hərəkatı” adlı layihəyə başlayıb - FOTO

"Gəncliyə Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Region könüllüləri hərəkatı” adlı layihəsinin icrasını həyata keçirib. Layihə 90 gənc olmaqla - Zərdab, Ucar, Ağcabədi rayonlarında həyata keçirilib

Layihə çərçivəsində biri Ucar, biri Ağcabədi, dördü isə Zərdab rayonunda olmaqla ümumilikdə altı təlim keçirilib. Gənclərə poçt vasitəsilə materiallar (dəftər, qələm, qovluq, layihənin adı qeyd olunmuş xüsusi formalar) və sertifikatlar göndərilib. Gənclərin Sosial Xidmət Könüllüləri komandası yaradılıb. 

"Gəncliyə Dəstək” İB sədri Vəfa Xəlilli təlim iştirakçılarına Azərbaycan Gənclər Fondu haqqında məlumat verib, fondun gənclərə hər zaman dəstək olmasından danışıb. V.Xəlilli eyni zamanda "Gəncliyə Dəstək” İB-nin fəaliyyətindən və layihənin icrası, məqsədi haqda gənclərə ətraflı məlumat verib.

 

Layihənin məqsədi region və kəndli gəncləri sosial xidmət sahəsində könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarət olub:

"Təlimlərimizə dəvət olunmuş Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının əməkdaşı Eldar Xəlilov altı təlim boyunca agentliyin fəaliyyəti və "Sosial Xidmətlər haqqında qanun”u gənclərin nəzərinə çatdırdı.

Layihədə iki təlimçimiz Rasif Qaçayzadə və təşkilatımızın idarə heyətinin üzvü Şəhriyar Şükürzadə könüllülüyün önəmindən danışdı. 

Təlimlərimizə eyni zamanda Zərdab rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov, Zərdab rayon Ailə və uşaqlara dəstək mərkəzinin rəhbəri Ləman Səfərəliyeva, "Həsən bəy Zərdabi irsinin təşviqi” təşviqat qrupunun üzvü Cəmil Əsədov, Ucar rayon Gİİ məsləhətçisi Nuru Piriyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi filialının nümayəndəsi Röyalə Yaqubzadə qonaq olub, çıxış edərək layihənin gənclər üçün önəmindən danışıblar. 

İştirakçılara elə gənclərimizin dilindən könüllülüyün önəmi aşılandı. Bu istiqamətdə könüllülərimiz - Elşən Vəlizadə "Aktiv könüllülük”, Tavus Xanlarlı "Könüllülük fəaliyyətinin gələcək həyatımıza və iş fəaliyyətimizə təsiri”, Aişə Əhmədova "Azərbaycanda karyera imkanları” mövzularında, Cavid İsayev, Elşən Şamilov, Ləman Nemətova uğurlu könüllülük yollarından danışıblar.

Təlim iştirakçıları - gənclər layihəsinin dəstəkçisi Azərbaycan Gənclər Fonduna və təşkilata təşəkkürlərini bildirdilər”.