07 Yanvar 2022
15:44
21309

Gənclərin İnkişaf və Karyera Mərkəzinə yeni baş direktor təyin edilib

Ramtiq Alızadə Gənclərin İnkişaf və Karyera Mərkəzinə baş direktor təyin edilib.

İslahat.az xəbər verir ki, bu təyinatadək Ramtiq Alızadə həmin mərkəzin Regionların İnkişaf Departamentinin direktoru vəzifəsində çalışırdı.

Ramtiq Alızadə həm də "Yüksəliş” müsabiqəsinin qaliblərindən biridir.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli 1454 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Mərkəzin nümayəndəlikləri hazırda respublikanın 55 şəhər və rayonunda fəaliyyət göstərir.

İslahat.az