25 Aprel 2022
16:22
18313

“Gənclər üçün təhlükəsiz yol” başa çatdı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Tərəqqi” Regionların Sosial İnkişafına Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən "Gənclər üçün təhlükəsiz yol” adlı layihə başa çatmışdır.

Layihənin əsas məqsədi Bakı şəhərində gənclər arasında yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlandırma, qanunvericiliyin tələblərini izah etmək və vətəndaş kimi gənclərin üzərinə düşən öhdəlikləri bildirmək məqsədilə maarifləndirmə kampaniyasının aparılması olmuşdur. Gənclərin qanunçuluq və yollarda təhlükəsizliyi təmin edən vətəndaş kimi böyüməsini təmin etmək əsas məqsədimiz olmuşdur. Layihə çərçivəsində bu günə qədər 330-dan çox gənclə görüş və maarifləndirmə işi aparılmışdır.

Təlimlərdə gənclərin yol hərəkəti təhlükəsizliyi ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması və gənclərin bu sahədə informasiya təmsilçisi kimi formalaşdırmaq və cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişməsi baxımından olduqca əhəmiyyətli məlumatlar verilmiş, gənclərin mövzu ilə bağlı fikirləri dinlənilmişdir.

Layihə çərçivəsində mövzu ilə bağlı bukletlər paylanılmışdır.Layihənin gələcəkdə daha geniş gənclər qruplarını əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanmışdır.