Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə tariximizə qızıl hərflərlə həkk olundu. Məhz bu qələbə tarixinin gələcək nəsillərə ötürülməsi və əyani formada nümayiş etdirilməsi baxımından Hərbi Qənimətlər Parkı yaradılıb. Parkda müharibə dövründə xalqımızın igid əsgərləri tərəfindən ələ keçirilən hərbi texnikanın bir qismi, ağır texnikalar, tanklar, döyüş maşınları, hərbi nəqliyyat və düşmənin dinc əhalini hədəf alaraq endirdiyi raketlərin qalıqları da sərgilənməkdədir.
Gənclər təşkilatları Vətən müharibəsində qazanılmış şanlı qələbə tarixinin gələcək nəsillərə ötürülməsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daim çalışacaqlar.