29 İyun 2019
16:48
1118

Gənclər təşkilatları Gəncədə “Gələcək üçün” ümumrespublika marafonu keçirir (FOTOLAR)

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilən "Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü Gəncə şəhərində Aqrar İnkişaf Könüllüləri İB-nin üzvləri ilə keçirib.

İslahat.az xəbər verir ki,"Gələcək üçün” ümumrespublika marafonunun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir.

Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə qonaqları və tədbir iştirakçılarını salamlayaraq nitqində bildirmişdir ki, rəhbəri olduğum marafonun məqsədi idarəetmə sisteminin modernləşərək vətəndaş yönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan Bakı şəhərinin ardınca Gəncə şəhərində təlimlərin davam etdirilməsi olduqca aktualdır.

"İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov iki gün davam edən təlim modulunda iştirakçılara interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət proqramını tədris edib.

Qeyd edək ki, "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər təkcə paytaxt Bakıda deyil, o cümlədən Azərbaycanın bölgələrində də keçiriləcək.

İslahat.az