16 Aprel 2022
14:45
22255

Ganjavi Holding Türkiyənin "Altın Zirve Ödülleri 2022" layihəsində mükafatlandırılıb – FOTOLAR

Bakıda Türkiyənin "Altın Zirve Ödülleri 2022" layihəsi keçirilib.

İslahat.az xəbər verir ki, "Caspian Events Group" tərəfindən təşkil edilmiş "Altın Zirve Ödülleri 2022" təqdimetmə mərasimində Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərən peşəkar şəxslər və şirkətlər mükafatlandırılıb.

Təqdimetmə mərasimində "Ganjavi Holding" Azərbaycanda iqtisadi və ictimai sahələrdə biznes təşəbbüslərinin inkişafı istiqaməti üzrə mükafatlandırılıb.

"Ganjavi Holding" fəaliyyətində maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlanması, yeni biznesin qurulması və idarəolunması, alternativ təhsil və təlimlər üzrə, kuryer və poçt, eləcə də, hüquqi və inzibati xidmətlər, İT və ən səmərəli səyahət və səfərin təşkili xidmətlərini inkişaf etdirir. Həmçinin, iqtisadi, ictimai və sosial informasiyaların işıqlandırılması və analitik mövzuların geniş auditoriyaya təqdim olunması üçün media layihələrini icra edir.

"Ganjavi Holding"-in təsisçisi və prezidenti Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

İslahat.az