09 İyun 2021
15:25
13796

Füzuli və Ağdamın azadolma tarixləri də abunə kodlarında əks olunacaq

"Ağdam və Füzuli rayonlarında da qeyri-əhali qrupuna daxil olan abunəçi kodları bu rayonların işğaldan azad edilmə tarixinə uyğunlaşacaq”.

Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.

V.Mustafayev bildirib ki, hazırda bununla bağlı işlər aparılır:

"Bilirsiniz ki, Füzuli və Ağdam rayonlarının böyük bir hissəsi bizim nəzarətimizdə idi. Bu isə o deməkdir ki, mövcud abunə kodları var. Amma hazırda texniki işlər aparılır və tezliklə bu rayonların qeyri-əhali qrupundan istehlakçılarının abunə kodunda həmin rayonların işğaldan azad edilmə tarixi öz əksini tapacaq”.
 
İslahat.az