03 Mart 2022
15:46
22897

"Formula 1" Rusiya Qran-prisi ilə müqaviləyə xitam verdi

"Formula 1" Rusiya Qran-prisi ilə müqaviləyə xitam verib.

İslahat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Sözləşmə 2025-ci ilədək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Rusiya Qran-prisi 2014-cü ildən Soçidə təşkil olunmağa başlayıb. Yarışın 2023-cü ildən Sankt-Peterburqda keçirilməsi planlaşdırılırdı.

Daha əvvəl 23 - 25 sentyabrda Rusiyada baş tutmalı olan yarış ləğv olunub.

İslahat.az