27 Sentyabr 2021
16:15
23855

Fəxrəddin Altun: “27 sentyabr 30 illik kədəri böyük sevincə çevirən prosesin başlandığı gündür”

"Azərbaycanlı qardaşlarımızın qəlbindəki 30 illik kədəri böyük sevincə çevirən prosesin fitilinin alovlandığı günün adıdır 27 sentyabr…”

İslahat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Anım Günü ilə bağlı "Twitter” hesabında etdiyi paylaşımında qeyd edib.
 
O, paylaşımda Ermənistanın qanunsuz işğalına cavab olaraq Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn qanuni haqlarından istifadə edərək əməliyyata başladığını qeyd edib.
 
"Ordusu və xalqı ilə birlikdə çox qısa müddətdə böyük bir dastan yazaraq Qarabağı işğaldan azad edən qardaş Azərbaycanı və xalqını qazandığı zəfərin ildönümü münasibətilə təbrik edirəm. 84 milyon olaraq ortaq tarixi və dəyərləri paylaşdığımız Azərbaycanın sevincini paylaşırıq”, - deyə bildirib.

İslahat.az