30 Mart 2022
16:44
22562

Fərruxda qazıntılar zamanı daha bir neçə azərbaycanlının meyitinin qalıqları tapıldı

Xocalı rayonunun Fərrux kəndi ərazisində bir neçə insan meyitinin qalıqları aşkarlanıb.

İslahat.az xəbər verir ki, kənd ətrafında ayrı-ayrılıqda üçyerdə aparılmış qazıntılar zamanı birinci Qarabağ müharibəsi zamanı qətlə yetirildiyi ehtimal olunan daha bir neçə azərbaycanlının qalıqları aşkar edilib.

Qeyd edək ki, dünən də qazıntı işləri zamanı insan qalıqları aşkarlanmışdı.

İslahat.az