28 Oktyabr 2021
12:52
21161

Fərid Qayıbov: “Federasiyaların işi araşdırılır”

"Bizim federasiyalarla bağlı çətinliklərimiz var”.

İslahat.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

Onun sözlərinə görə, problemləri araşdırmaq lazımdır:

"Bundan sonra planlama aparmalıdır. Prezident İlham Əliyev tərəfindən tapşırıqlar verilib, üzərində işləyirik. Mənim federasiyalara səfərlərim piar üçün deyil, görüşlərim araşdırma xarakteri daşıyır. Federasiyaların işi araşdırılır və nəticələr barədə məlumat veriləcək”.

Nazir qeyd edib ki, olimpiya idman komplekslərinin fəaliyyəti ilə bağlı tədbirlər görüləcək:

"Olimpiya idman komplekslərinin necə idarə olunması barədə müzakirələr aparırıq”.

Nazir əlavə edib ki, kadr islahatlarının da aparılması nəzərdə tutulub.

İslahat.az