06 Dekabr 2021
12:06
22291

Əziz Sancar Şuşada namaz qılmağından DANIŞDI

"Mənim üçün Qarabağ münaqişəsi, Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra Türk dünyasının ən böyük zəfəridir”.

İslahat.az xəbər verir ki, bunu türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu qələbə tək Azərbaycanın deyil, Türk dünyasının qələbəsidir:

"Qarabağ müharibəsini 44 gün müddətində yaxından izləmişəm. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Hesab edirəm ki, tarixi səbəbi ilə bütün Türk dünyasının mədəniyyət paytaxtı olacaq”.

"Mən söz vermişdim ki, Şuşaya gedib namaz qılacam. Çox şükür ki, bu arzumu yerinə yetirə bildim”, - deyə o qeyd edib.

İslahat.az