19 Fevral 2021
14:11
12539

Estoniya parlamentindən Xocalı soyqırımının ildönümünə dair BƏYANAT

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat qəbul edib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı sənəd Estoniya parlamentinin rəsmi saytında dərc edilib.

Sənəddə bildirilir ki, Estoniya hökuməti uşaq, qadın və qocalar da daxil olmaqla 600-dən çox mülki şəxsin öldürüldüyü Xocalı qətliamı ilə əlaqədar Azərbaycan xalqının dərdinə şərikdir:

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı Azərbaycan xalqına qarşı törədilən bəşəri cinayəti qətiyyətlə pisləyirik. Bu kütləvi qətliamı törədənlər məsuliyyətə cəlb olunmalıdır”.

Bəyanatda, həmçinin Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağda hərbi fəaliyyətin bitməsi alqışlanıb.

"Azərbaycan Respublikasının sabit sülh, inteqrasiya və azad edilmiş ərazilərin bərpasına yönəlmiş səylərini dəstəklədiyimizi bildiririk”, - deyə yekunda bildirilib.

 

İslahat.az