13 Oktyabr 2020
12:06
1989

Ermənistanın təcavüzü nəticəsində daha bir məktəbli həlak olub (FOTO)

Təhsil Nazirliyi Ermənistanın dinc əhaliyə təcavüzü nəticəsində həlak olan daha bir məktəbli barədə məlumat yayıb.

Nazirlikdən İslahat.az-a bildirilib ki, həmin məktəbli Ağcabədi rayonu R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İsgəndərovdur.

Bununla təcavüz nəticəsində ölən məktəblilərin sayı 3-ə çatıb.

Qeyd edək ki, Ermənilərin Naftalan şəhəri atəşə tutması nəticəsində 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri də həlak olmuşdu.
 
İslahat.az