03 Noyabr 2020
16:34
1410

Erməni təcavüzü nəticəsində 50 məktəbə ciddi ziyan dəyib

Təhsil Nazirliyi 27 sentyabr-2 noyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblərin sayını açıqlayıb.

Nazirlikdən İslahat.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb. 

Ümumilikdə dağıtılara məruz qalan ümumtəhsil müəssisələrindən 14-ü Ağdam, 14-ü Tərtər, 8-i Gəncə, 5-i Füzuli, 3-ü Kəlbəcər, 3-ü Goranboy, 1-i Bərdə, 1-i Ağcabədi, 1-i Goranboy məktəbləridir.
 
İslahat.az