15 İyun 2021
20:42
21747

Ərdoğan SOCAR-la birgə investisiyaların həyata keçirilə biləcəyindən danışdı

"Türkiye Petrolleri” (TPAO) başda olmaqla bir çox şirkətimizin Azərbaycanda çox önəmli investisiyaları var”.
İslahat.az məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, eləcə də Dövlət Neft Şirkəti - SOCAR başda olmaqla bir çox Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyalarından məmnundurlar:
"Sadəcə Türkiyədə deyil, lazım gəldikdə SOCAR-la "Türkiye Petrolleri”nin üçüncü ölkələrə yatırım etməsini qardaşım İlham Əliyevlə birgə müzakirə etdik. Bunun üzərində ayrıca çalışırıq və çalışacağıq”
İslahat.az