26 Oktyabr 2021
11:59
20898

Ərdoğan Azərbaycana yola düşdü - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb. 

İslahat.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, onu Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər Esenboğa hava limanından yola salıblar. 

Səfərdə Türkiyə liderini ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşayiət edir.

09:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün bu gün Azərbaycana gələcək. Ərdoğanın bu gəlişi onun son bir ildə Azərbaycana üçüncü səfəri olacaq.

Bir günlük səfər zamanı Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisində inşa etdirdiyi ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı Ərdoğanın da qatılacağı mərasimlə istifadəyə veriləcək və Türkiyə lideri mərasimdə çıxış edəcək.

İslahat.az