27 May 2021
21:14
12779

Elşən Gəncəvi "CELEBRITY AWARDS 2021" mükafatına layiq görülüb - FOTOLAR

"Caspian Events Group" tərəfindən müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər və şəxslər uğurlarına görə mükafatlandırılıblar.

İslahat.az xəbər verir ki, ictimai və iqtisadi fəaliyyətlərinə görə Elşən Gəncəvi "CELEBRITY AWARDS 2021" mükafatına layiq görülüb.  

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

Elşən Gəncəvi "Ganjavi Holding”in prezidenti, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyi - İctimai və Sosial Şuranın rəhbəri, "NAJAFSOY GROUP”, "Pi Education” şirkətlərinin təsisçisi, "Oxu-magiya" kitabının müəllifi, "GanjaviMedia.az” informasiya portalının və "Siyasi.az" xəbər portalının portalının baş redaktoru, "İslahat.az” xəbər portalının və "İctimai.az” informasiya portalının yazarıdır.

"PUBLIC" və "GƏNCƏVİ” jurnallarının təsisçisi və baş redaktorudur. İctimai, sosial və iqtisadi layihələrin müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

İslahat.az