21 Sentyabr 2021
16:23
24533

Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 21-də "DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

İslahat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib. 

Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

"DP World” şirkətinin Azərbaycanda nəqliyyat, logistika və digər sahələrdə fəaliyyətinin perspektivləri müzakirə olunub.

İslahat.az