03 Avqust 2021
14:58
23207

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi

İslahat.az xəbər verir ki, müzakirələrdən sonra məsələ səsverməyə qoyulub.

Deputatlar Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsinin lehinə səs veriblər.

Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.

Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının sıralarından da xaric edilib.

İslahat.az