21 Sentyabr 2021
12:27
15592

“ƏDV geri al” kampaniyasında hansı yeniliklər gözlənilir? - Açıqlama

"ƏDV geri al” kampaniyasından nəğd ödənişləri çıxarıb, nəğdsiz ödənişlərə 25 faizlik qayıdışı tətbiq etməklə vətəndaşların kartdan daha çox istifadəsinə nail ola bilərik”.

İslahat.az xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında "ƏDV geri al” kampaniyasının daha geniş tətbiqi prosesində hansı dəyişikliklərə ehtiyac olduğundan danışarkən, iqtisadçı ekspert Natiq Cəfərli deyib:
 
 
"Əslində "ƏDV geri al” kampaniyası kifayət qədər populyarlıq qazanıb. Əhali tərəfindən istifadə getdikcə artıq. Proses xüsusən Bakıda geniş yayılıb. Amma burada bir önəmli məsələ var. Nəğd ödənişlərin azalmasına nail olmaq üçün "ƏDV Geri Al” kampaniyasını daha çox nəğdsiz ödənişlərə aid etməliyik.
 
Nəğdsiz dövriyyə iqtisadiyyatın ağarmasında, dövriyyənin dəqiqliyində mühüm rol oynayır. İndilikdə ölkədə nəğdsiz ödənişlərdə ƏDV-nin 15, nəğd ödənişin 10 faizi geri qayıdır. Ona görə də nəğdsiz ödənişlərə 25 faizlik geri qayıdışı tətbiq etməklə tədricən nəğd ödənişlərdən imtina etməliyik. Bu daha doğru olardı. Gələn ildən başlayaraq "ƏDV Geri Al” kampaniyasında nəğd ödənişləri çıxarıb, nəğdsiz ödənişlərə isə 25 faizlik tətbiq etməklə vətəndaşların kartdan daha çox istifadə etmələrinə nail ola bilərik”.
 
İslahat.az