14 Yanvar 2022
20:29
22926

Dövlət Komitəsi: "Tərbiyəçilər hər il tibbi-psixoloji müayinədən keçməlidirlər"

"Uşağa qarşı istənilən mühitdə istənilən şəxs tərəfindən zorakılıq tətbiq edilməsi yol verilməzdir".

İslahat.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova İsmayıllı şəhər 1 saylı uşağ bağçasında azyaşlının tərbiyəçi tərəfindən döyülməsi ilə bağlı keçirilən brifinqdə deyib.

"Azyaşlılara qarşı belə zorakılıq halları ilə biz əvvəlki illərdə də rastlaşmışıq. Məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçisinin bu hərəkəti yolverilməzdir.

Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub. Komitə olaraq biz bəyan edirik ki, belə hal yol verilməzdir.

Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilər hər il tibbi-psixoloji müayinədən keçməlidirlər", - o bildirib.

İslahat.az