12 Noyabr 2021
13:42
22307

DSMF-nin gəlirlərində nə qədər artım qeydə alınıb?

Bu ilin 10 ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 9,5% və ya 380 mln. manat artım qeydə alınıb.

İslahat.az xəbər verir ki, aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində davamlı artım tempinə imkan verib.

2021-ci ilin yanvar-oktyabr aylarında da DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5 % və ya 380 mln. manat artaraq 4 372 mln. manat təşkil edib. Bu dövrdə fondun xərcləri 4 054 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,7 % və ya 146 mln. manat çoxdur. Həmin xərclərin 97 %-ni əhaliyə ödənişlər təşkil edib.

İslahat.az