12 Yanvar 2022
16:58
20439

“Distant iş” anlayışı qanunvericiliyə daxil edilə bilər

"Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsində "distant (məsafədən) iş”, əmək funksiyalarının elektron, proqram-texniki, telekommunikasiya vasitələri əsasında işəgötürənin iş yerlərindən kənarda yerləşən, əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olan digər yerdə, məsələn evdə, mehmanxanada və s. yerinə yetirilməsi forması nəzərdə tutulub”.

İslahat.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan”) üzvləri ilə görüşü zamanı bildirilib.

Qeyd edilib ki, əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtlərinin tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilməsi təklifi də layihədə əksini tapır.

İslahat.az