06 Fevral 2021
12:41
15832

Diplomatların Cəbrayıl və Zəngilana səfəri başladı - FOTO/VİDEO

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayıb. 

Bu barədə Oxu.Az-ın səfərdə iştirak edən əməkdaşı xəbər verir.

Diplomatlar ilk olaraq Cocuq Mərcanlıya gediblər. 

 

Səfərdə Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov da iştirak edir.

Səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri 2016-cı ilin Aprel döyüşlərindən sonra yenidən qurulan Cocuq Mərcanlı ilə tanış olublar.