14 Yanvar 2022
11:56
12792

DİN Tolikin hərbçiləri təhqir etməsi ilə bağlı məlumatlara münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) prodüser Tarix Əliyev (Tolik) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) təhqir etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İslahat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, T.Əliyev özü özü ilə bağlı tədbir görüb.

"Sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib", - o vurğulayıb.

İslahat.az