16 Sentyabr 2022
10:53
19017

Deputat yeni məktəb binasına baxış keçirdi

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Dəliməmmədli şəhərində yeni tikilib istifadəyə verilən Mahmud Zeynalov adına tam orta məktəbə baxış keçirib.

İslahat.az xəbər verir ki, məktəbə baxış zamanı deputat Anar Məmmədov məktəbdə yaradılmış təhsil şəraiti, təhsilin idarəedilməsi və tərbiyəvi işlərin aparılması ilə bağlı görülən işlərlə tanış olub.

Onu da qeyd edək ki, yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılıb,akt və idman zalları, kitabxana, kimya, informatika və texnologiya kabinetləri, hərbi otaq, bufet, tibb otağı müəllim və şagirdlərin istifadəsinə verilib.

Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb.Yeni təhsil ocağı su, işıq və istilik sistemi ilə təmin olunub.

İslahat.az