18 Mart 2022
11:53
22359

Deputat şəhid və aztəminatlı ailələrə bayram sovqatı göndərib

96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədovun təşəbbüsü ilə Novruz bayramı ərəfəsində şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, sovqatların ailələrə çatdırılmasında Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Goranboy rayon və Naftalan şəhər İcra Hakimiyyətlərinin məsul əməkdaşları iştirak edib.

Bayram sovqatı alan ailələr də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.

İslahat.az