22 Yanvar 2021
14:53
15431

Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat, Milli Məclisin komitə sədri Sadiq Qurbanov yerli icra hakimiyyəti nümayəndələrilə birlikdə İkinci Qarabağ Müharibəsinin Şabran və Siyəzən rayonlarından olan şəhid və qazi ailələrini ziyarət edib.

Bu barədə Sadiq Qurbanov özü məlumat verib.

"Bu gün icra başçısı Novruz müəllimlə birlikdə Siyəzən rayonu Yenikənd kəndində Vətən Müharibəsi zamanı şəhid olmuş Mirzəyev Ülvi, Əkbərov Mətləb, Hüseynov Sabir, Quliyev Alim və itkin düşmüş İsayev Turalın ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlandıq.

Şəhid ailələri və qazilərlə növbəti görüşümüz Şabran şəhərində oldu. Şəhidlər Xiyabanında unudulmaz şəhidlərimizi ziyarət etdikdən sonra, Yeni Azərbaycan Partiyasının binasında Vətən Müharibəsi zamanı şəhid olmuş İlyasov Şükür, Kərimov Tərlan, Həsənov Xəyal, İsgəndərov Elvin, Balağayev Seyfəddin, Orucov Ürfan və Ağaquliyev İlkinin ailə üzvləri ilə görüşüb, problemləri ilə maraqlandıq və bir çox məsələlərə aydınlıq gətirdik”, - deputat sosial şəbəkədə yazıb.
 
İslahat.az