30 Dekabr 2021
15:14
20652

Deputat Goranboy və Naftalanda aztəminatlı ailələrə bayram sovqatı göndərib - FOTO

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Goranboy rayonu və Naftalan şəhəri ərazisində yaşayan250-dən çox şəhid ailəsinə, Qarabağ qazilərinə, Çernobıl əlillərinə, habelə imkansız ailələrə bayram sovqatı çatdırılıb.

İslahat.az "Yeni Gündəm”-ə İstinadən xəbər verir ki, görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində ölkəmizdə və adı çəkilən rayonlarda uğurla həyata keçirilən dövlət proqramları, infrastruktur layihələri, quruculuq-abadlıq işləri vurğulanıb, millət vəkilinin Yeni İl bayramı münasibətilə seçicilərinə səmimi təbrikləri çatdırılıb, ölkəmizdə dövlət tərəfindən vətəndaşlara göstərilən qayğının bundan sonra da davam etdiriləcəyi qeyd olunub.

Qeyd edək ki, sovqatların ailələrə çatdırılmasında Goranboy rayon və Naftalan şəhər İcra Hakimiyyətlərinin məsul əməkdaşları, YAP Goranboy rayon və YAP Naftalan şəhər təşkilatlarının sədrləri iştirak edib.

Bayram sovqatı alan ailələr də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.

İslahat.az