04 May 2021
17:57
13958

Deputat DİM-i tənqid etdi: “Buraxılış imtahanları yenidən keçirilsin”

Milli Məclisin iclasında deputat Azər Badamov Dövlət İmtahan Mərkəzinin (DİM) buraxılış imtahanları üçün tərtib etdiyi sualların çətin olmasından danışıb. 

İslahat.az-ın xəbərinə görə, deputat qeyd edib ki, bəzi suallar ali məktəbə qəbul imtahanları səviyyəsində qoyulur. 

 

"Təklif edirəm ki, buraxılış imtahanları yenidən keçirilsin və ya qiymətləndirmə sistemində fərqli yanaşma tətbiq edilsin”, - deyə A.Badamov əlavə edib.

 

İslahat.az