Prezident İlham Əliyevin cari ilin 21 iyun tarixində Özbəkistan Respublikasına dövlət səfəri tarixi əhəmiyyətə malik olan bir səfər oldu. Bu səfər Azərbaycanın və Özbəkistanın çoxəsirlik tarixində, iki xalqın və dövlətin tarixində yeni bir səhifə açdı.
İslahat.az xəbər verir ki, bunu "Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində sonra yeni geostrateji reallıqlar yaradan Azərbaycan yeni mərhələdə həm zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirmək, həm də qarşıda duran milli strateji hədəfləri reallaşdırmaq üçün mühüm tədbirlər həyata keçirir:
"Məhz bu ,
konteksdə Mərkəzi Asiya reqionunda yerləşən dost və qardaş Özbəkistana səfəri
dövlət Başçımızın diplomatik müstəvidə növbəti uguru olmuşdur. Bu səfər ölkələrimiz
arasında mövcud olan münasibətlərin dərinləşdirilməsinə və əməkdaşlığın
keyfiyyətcə yeni mərhələyə yüksəldilməsinə imkan verəcək. Bildiyiniz kimi ,
Özbəkistan Vətən Müharibəsi zamanı dost və qardaş ölkə kimi rəftar etmişdi və
öz dəstəyini ifadə etmişdi. Tarixi Zəfərimizdən sonra isə ölkəmiz üçün
prioritet olan məsələdə, azad olunmuş ərazilərin bərpa olunmasında da öz
fəallığını nümayiş etdirir və hazırda Füzulidə məktəb tikintisini həyata
keçirir.
Bununla yanaşı , Avrasiyada məkanında mühüm geosiyasi proseslər cərəyan etdiyi
bir zamanda bu səfər həm də, türk dünyası üçün də yeni perspektivlər açıb.
Azərbaycan və Özbəkistan yeni imkanlardan istifadə etməklə türk dünyasında
həmrəyliyinin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına da mühüm
töhfə verə bilər. Səfər zamanı bu fikirlər hər iki ölkə prezidentləri
tərəfindən səsləndirilmişdir, xalqlarımızın dərin tarixi dini, mədəni köklərə
malik olmaları vurğulanmışdır. Bu səfər həm iki ölkə arasında, həm də Türk
Dövlətləri Təşkilatının həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə
verəcək”, – deyə o bildirib.
O vurğulayıb ki, səfər zamanı 20-ə yaxın sənəd imzalanmış , razılaşmalar əldə
olunmuşdur. "İmzalanan sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi
sənaye, nəqliyyat, kommunikasiya, humanitar, siyasi dialoq,həmçinin
hərbi-texniki əməkdaşlıq istiqamətində səmərəli təmasların və uğurlu iş
birliyinin formalaşmasına imkan verəcək, xüsusilə ölkələrimiz arasında strateji
tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi
haqqında bəyannamənin imzalanması müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni
mərhələyə yüksəlməsini şərtləndirir.
Dövlət başçısı bildirdi ki, "strateji tərəfdaşlığın dərinləşdirilməsi və
qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək
fəaliyyətimizin yol xəritəsidir . Orada xarici siyasətimizin prioritetləri
əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin,
suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat
fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən
edilib”.
Həmçinin, mühüm məsələrdən biri regional təhlükəsizlik və əməkdaşlıq üçün,
eləcədə beynəlxalq təşkilatlar çərçivəsində ortaq siyasi iradə əsasında birgə
fəaliyyətin bundan sonra da davam etdirilməsidir. Bildiyiniz kimi , ölkələrimiz
bir çox beynəlxalq təşkilatların üzvləridir.
Dövlət başçısı bildirdi ki, təbii ki, "qarşılıqlı dəstək də olacaq – həm mövcud
beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın
təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir”, – deyə
deputat əlavə edib.
Səfər hər iki ölkə Prezidenti tərəfindən yüksək qiymələndirilib. Səfər
Özbəkistan Prezidenti tərəfindən "gələcəyə doğru sıcrayış”, Azərbaycan
Prezidenti tərəfindən isə " tarixi səfər " adlandırılıb.
İslahat.az