30 İyun 2021
16:21
21578

Delta ştammını epidemiya adlandırmaq olar - Həkim

Koronavirusun Delta ştammı artıq 85 ölkədə yayıldığı üçün onu epidemiya adlandırmaq olar.

İslahat.az xəbər verir ki,bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında  infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Nazxanım Qasımova deyib.

"ÜST xüsusi briqadalar təşkil edib. Bu briqadalar 20 ölkənin həkimindən ibarətdir. 85-87 ölkə arasında onlar paylaşdırılacaq. Hazırda da bu proses icra edilir. Briqaların məqsədi odur ki, nəzarətdən çıxan vəziyyəti bərpa etsinlər. Hansı ölkədə nə çatışmır, yəni tibbi avadanlıq, xəstəxana təchizatı və ya vaksinasiya çatışmırsa, onu həll etməklə vəzifələndiriliblər. Ümumiyyətlə isə Delta ştammı 85 ölkəyə yayılıbsa, ona epidemiya demək olar. Lakin qorxuya ehtiyac yoxdur. Yalnız vaksinasiyaya önəm vermək lazımdır”,- o bildirib.