08 İyun 2021
12:00
13271

Daha altı qazimiz Türkiyəyə göndərildi

Ağır yaralanan daha 6 qazimiz "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə fond məlumat yayıb.

Bildirilib ki, İsmayılov Rüfət Fəxrəddin oğlu, Musayev Gündüz Sabir oğlu, Həmidov Mahur Mahir oğlu, Muradov Turan Xudat oğlu, Yusifov Alik Elşən oğlu və Rəcəbli Rza İsmayıl oğlu müalicə üçün Türkiyəyə göndərilib.

"YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən həkimlər, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

"YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 100 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 37-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 "Çağrı” Mərkəzi fəaliyyət göstərir.