27 İyun 2020
17:52
449

Daha 521 nəfər koronavirusa yoluxub

Azərbaycanda 521 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İslahat.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
 
İslahat.az