08 İyul 2021
12:27
20313

"Üçüncü doza vaksinin mənası yoxdur..."- İnfeksionistdən XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, vaksinin hər iki dozasından sonra antitel yaranmayan şəxslərin üçüncü dozanı da qəbul etməsinin vacibliyi bildirilib.
 
Nəzərə alsaq ki, koronavirusun yeni və daha yoluxdurucu mutasiyası olan Delta variantı sürətlə yayılmaqdadır, təqdim olunan vaksinlərdən üçüncü doza kimi hansının qəbul edilməsi sual yaradır.
 
 
İslahat.az xəbər verir ki,mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist İlham Bayramov ilkin mərhələdə "Pfizer” vaksinindən istifadə edənlərin üçüncü doza qəbul etməməsinin daha uyğun olduğunu bildirib:

"Vaksinin üçüncü dozası kimi daha yaxşı olardı ki, "Pfizer” peyvəndindən istifadə olunsun. Çünki koronavirusun yeni mutasiyası olan Delta variantı üçün yalnız bu vaksin 60-70 faiz qoruyuculuğa malikdir. Əgər ilkin doza kimi "Pfizer” vaksini qəbul edilirsə, bu zaman üçüncü dozaya gərək yoxdur. Çünki digər növ vaksinlər Pfizer peyvəndindən güclü deyil".
 
 
İnfeksionist üçüncü doza vaksindən istifadənin mənasız olduğunu deyib:

"Lakin üçüncü dozanın vurulması mütləq olarsa, bu zaman ilkin mərhələdə "Pfizer” istifadə edən şəxslər üçüncü doza kimi "Sinnovac” vaksinindən istifadə edə bilərlər. Ümumilikdə onu deyim ki, təqdim olunan vaksinlərin heç biri koronavirusun yeni və daha təhlükəli versiyalarına qarşı tam effektiv deyil. Bu baxımdan üçüncü dozadan istifadənin bir o qədər də mənası yoxdur".