"Üçüncü doza (buster) vaksin gücləndirici peyvənddir. Əlbəttə ki, onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb”.
İslahat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
"Ona görə tövsiyə etmişik ki, ilk növbədə 60 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.
İslahat.az