14 Dekabr 2021
15:09
22041

Cüdo Federasiyasının sabiq baş katibinə beynəlxalq qurumda vəzifə verildi

Beynəlxalq Görmə Məhdudiyyətli Şəxslərin İdman Assosiasiyasının (IBSA) cüdo idman növü üzrə yeni İdarə Heyəti təsdiq edilib.

İslahat.az xəbər verir ki, yeni təsdiq edilən heyətdə Avropa üzrə koordinator vəzifəsi "Neftçi” İdman Klubunun baş meneceri Elmar Babanlıya həvalə edilib.

IBSA-nın yaxınlarda yeni seçilmiş vitse-prezidenti, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov cüdo komitəsinin yeni tərkibinə məktub ünvanlayaraq uğurlar arzu edib və E.Babanlıya göstərilmiş etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Elmar Babanlı 1982-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş Babanlı 2015-2021-ci illərdə Azərbaycan Cüdo Federasiyasının baş katibi vəzifəsində çalışıb.

İslahat.az