30 Dekabr 2020
14:04
8639

COVID-19-la yadda qalan 2020 - FOTOLAR

2020-ci ilin əvvəlində dünya SARS-Cov-2 koronavirusunun yaratdığı yeni bir pandemiya ilə qarşılaşdı. İlk dəfə virus 2019-cu ilin sonunda Çində ortaya çıxdı və bir neçə ay ərzində bütün dünyaya yayıldı.

Ölkələr COVID-19 artımını azaltmaq üçün karantinlər tətbiq edirdilər, sərhədləri bağladılar və tibb sistemi görünməmiş bir yüklə qarşılaşdı.

"İnterfax” pandemiyanı özündə əks etdirən fotolardan ibarət fotoqalereya hazırlayıb.

13 noyabr. Danimarkada Alborq Zooparkında Milad mövsümünün açılışında Şaxta baba qonaqları salamlayır və sosial məsafəni qorumaq üçün bir şüşə top vasitəsilə uşaqlarla ünsiyyət qurur.

29 yanvar. Koronavirus epidemiyasının şiddəti ilə bağlı artan narahatlıqlar fonunda dünyadakı aviaşirkətlər Uhan və Çinin böyük şəhərlərinə birbaşa uçuşları dayandırır və ya azaldır.

4 fevral. Uhanda bir konqres mərkəzi COVID-19 xəstələri üçün müvəqqəti xəstəxanaya çevrilib.

16 fevral. Alimlər koronavirusun insanlardan ev heyvanlarına keçə biləcəyini elan etdiblər, Şanxay şəhərindəki əsas alış-veriş mərkəzində itlərə maska taxılıb.

 

28 mart. İspaniya hökuməti 15 günlük ümummilli karantini tətbiq edib. İnsanlara evdən yalnız lazım olduqda - ərzaq məhsulları almaq, işə getmək üçün, eləcə də fövqəladə hallarda çıxmağa icazə verilir.

29 mart. Hindistan polisi karantini pozduğuna görə 3 mindən çox insanı həbs edib.

30 mart. ABŞ Hərbi Dəniz Qüvvələrinin 1000 çarpayı və 12 əməliyyat otağına sahib olan Üzən Xəstəxanası Nyu-York Limanında.

6 aprel. Albaniyada ictimai yerlərə getmədən əvvəl insanlar məcburi dezinfeksiya edilir.

7 aprel. Lokdaun dövründə vəhşi çaqqallar San-Fransisko küçələrində.

8 aprel. Küçə musiqiçiləri karantin dövründə Praqa sakinləri üçün konsert verirlər.

11 aprel. Tayvanda keçirilən peşəkar beysbol liqasının ilk matçında manekenlər tamaşaçıları əvəz edirlər.

28 aprel. Venesiya kanallarındakı su, turistlərin azlığı və mövcud karantin səbəbiylə 60 ildə ilk dəfə şəffaf olub

10 may. 86 yaşlı Meri Fey Kokren ABŞ-ın Smirna şəhərində Analar Günü pəncərəsindən oğluna "Sən mənim günəşimsən” mahnısını oxuyur.

16 May. Nyu-Yorkdakı bir parkda tətil edənlərin sosial məsafəni saxlaya bilməsi üçün çəmənliklərə dairələr çəkilib

22 May. Filippində Maniladakı məktəblərdən birində "kiber məzuniyyət” keçirilib. Məzunlar onlayn mərasimə 179 planşetin köməyi ilə qoşulublar.

22 May. Polşanın Sopot şəhərində açıq hava kinoteatrı.

15 iyun. Braziliyanın Manaus şəhərində koronavirus qurbanları üçün qəbiristanlıq.

21 iyun. Kanadanın Toronto şəhərində yoqa dərsləri.

22 iyun. Barselonada "Liceo” Opera teatrında bitkilər üçün konsert.

8 iyul. Serbiyada pisləşən epidemioloji vəziyyət səbəbindən məhdudiyyətlərin qaytarılması ilə bağlı etirazlar səngimir. İğtişaşlar zamanı 60 nəfər - 43 polis əməkdaşı və 17 etirazçı yaralanıb.

9 iyul. Ultra-Ortodoksal yəhudilər Aralıq dənizində Tel-Əvivdəki bir çimərlikdə üzürlər. Koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün İsrail hökuməti xalqa bir sıra məhdudiyyətlər qoyub.

21 avqust. Uhan Su Parkında minlərlə insanın qatıldığı elektron musiqi festivalının başlaması münasibətilə tədbir.

4 sentyabr. Salvadorda həbsxana kamerası.

11 Noyabr. Yaponiyada işçilər və müştərilər arasındakı birbaşa təmasları azaltmaq üçün robot ofisyantlara və kuryerlərə tələb artdı.

 

20 oktyabr. Nyu-Orleanda ABŞ prezident seçkilərində erkən səsvermə başlayır.

 

İslahat.az