18 İyun 2021
15:16
20051

COVİD 19-DAN YENİ " SURPRİZ"

Peyvənd olunmuş ingilislər COVID-19-un Hindistan ştammından ölməyə başlayıblar. Koronavirusun hind ştammından ölən İngiltərə sakinlərinin üçdə biri, hər iki doz qərb peyvəndi almışlardı. "RİA Novosti”, "The Telegraph”-a istinadən xəbər verir ki, bunu İngiltərə İctimai Səhiyyə Agentliyinin (PHE) apardığı bir araşdırmanın nəticələri təsdiq edir.

Beləliklə, Hindistan ştammına yoluxduqdan sonra ölən 42 nəfərdən 12-si, tam peyvənd olunmuşlardır, buda ölənlərin ümumi sayının 29%-ni təşkil edir. Bununla birlikdə, (PHE) epidemioloqu Meqan Kol, peyvənd olunmuş xəstələrin, dəqiq ölüm səbəbinin hələ araşdırılacağını vurğulayıb.

Mütəxəssislərin fikrincə, Hindistan ştammına yoluxma halları, may ayının əvvəllindən bəri sürətlə artmışdır. Üstəlik, yalnız son bir həftədə beş mindən çox yoluxma halı qeydə alınıb. Məqalədə deyilir: "Hələ ki, tam dəqiq olmayan məlumatlar xoşa gəlməz vəziyyətin yaranması barədə xəbər verir ".

COVID-19-un Hindistan ştamının İngiltərədə sürətlə yayılması bir az əvvəll məlum olmuşdur. İngiltərə Səhiyyə Nazirliyinin rəhbəri Met Henkokun sözlərinə görə, yeni növ koronavirusun nisbəti, hadisələr arasında yüzdə 91-ə çatıb.

Ən azı 53 ölkədə Hindistan ştammı deyilən B.1.617 virus növünün qeydə alındığı bildirildi. "Delta variantının” klassik koronavirusdan 40-60 faiz daha çox yoluxucu olduğu hesab edilir.

Ulvi Najafov