Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Bolqarıstan Respublikasının xarici işlər naziri Svetlan Stoev ilə görüşü baş tutub.
İslahat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə nazirlər Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı maraqifadə ediblər.
Tərəflər həmçinin iki ölkə arasında siyasi, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf potensialını qeyd edib, növbəti ilin diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə fikir mübadiləsi aparıblar.
XİN rəhbərləri bu xüsusda müxtəlif sahələrdə əməkdaşlığın
gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı nazirlər Cənub Qaz Dəhlizinin Avropa üçün enerji mənbələrinin
şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından əhəmiyyətini
vurğulayıblar.
C.Bayramov həmkarına bölgədə mövcud olan münaqişə sonrası
vəziyyət, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa və quruculuq
işləri barədə məlumat verib. Azərbaycan və Ermənistan arasında münasibətlərin
beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşdırılması imkanının
mövcud olduğu və bu istiqamətdə ölkəmiz tərəfindən atılan addımlar qeyd edilib.
Görüşdə nazirlərhəmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.
İslahat.az