20 May 2022
21:44
16320

“Cəbrayıl” Region Liqasının qalibi oldu

Futbol üzrə Region Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib

İslahat.az xəbər verir ki, "Cəbrayıl” klubu final qarşılaşmasında "Xan Lənkəran”a 1:0 hesabı ilə qalib gəlib. Matç Şamaxı şəhər stadionunda keçirilib. Oyunda yeganə qolu 79-cu dəqiqədə Tapdıq Əhmədov vurub.

Görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Lənkəran təmsilçisinin futbolçusu Aqşin Paşazadə penaltini dəqiq yerinə yetirə bilməyib.

İslahat.az