11 Aprel 2022
11:51
15280

Bu şəxslərə yaxın vaxtlarda birdəfəlik ödəmə veriləcək - RƏSMİ AÇIQLAMA

"Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla daha bir mühüm sosial proqramın icrasına hazırlıq işləri aparılır. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmənin verilməsinə başlanılacaq”.

İslahat.az xəbər verir ki, bunu DOST Agentliyində ƏƏSMN-nin son 4 ildə həyata keçirdiyi islahatlarla bağlı keçirilən brifinqində nazir müavini Anar Əliyev bildirib.

O qeyd edib ki, eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olunub. "Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin olunub. Nazir müavini qeyd edib ki, şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib: "Həmçinin şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12 500-dən çox mənzil və ya fərdi ev verilib. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib”.

A.Əliyev bildirib ki, Prezidentin tapşırıqları əsasında son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, pensiyaların minimum məbləği 2,2 dəfə artırılıb. Son 4 ildə müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfədən çox artım baş verib.

İslahat.az