10 Yanvar 2021
13:37
10319

Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və referendum keçirilir

Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və referendum keçirilir.

"RİA Novosti” xəbər verir ki, seçkilər COVİD – 19 pandemiyası ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri nəzərə alınaraq keçirilir.

 

Referendumun nəticələri ölkənin parlament, yoxsa prezident üsul-idarəsi ilə idarə olunacağını müəyyənləşdirəcək.

Prezident postu uğrunda 17 namizəd mübarizə aparır.

Səsvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 20.00-da başa çatacaq. Seçicilər 48-i xarici ölkələrdə olmaqla, 2 min 470 seçki məntəqəsində səs verir.

 

İslahat.az