14 Yanvar 2022
16:52
21594

“Bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək”

"Bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək”.

İslahat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Kiyevdə Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

Dövlət başçısı Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı üçün çoxlu imkanların olduğunu qeyd edib.

Prezident İlham Əliyev Ukrayna ilə Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini və bu gün sənədlərin imzalanmasının bu dəstəyin daha bir sübutu olduğunu vurğulayıb.

"Biz bütün istiqamətlər üzrə işləməyə hazırıq”, - dövlət başçısı əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.

İslahat.az