İslahat.az xəbər verir ki, dünyaca məşhur aktyor Bred Pitt həmkarı və keçmiş arvadı Ancelina Colini yenidən məhkəməyə verib.
Pitt iddi edir ki, Coli onu mülkdəki payını idarə etməsinə maneə yaradır.
Üzüm bağları olan ümumi əmlak 164 milyon dollar dəyərində qiymətləndirilir.
Hadisəyə münasibət bildirən Pittə yaxın mənbə Colini intiqamçı adlandırıb.
Onlar bundan əvvəl uşaqlar üzərində qəyyumluq hüququ uğrunda məhkəmədə çəkişiblər. Coli və Pitt altı uşağa sahibdirlər. Onlardan üçü övladlığa götürülüb.
İslahat.az