06 Aprel 2022
15:36
22245

Boççia idman növü üzrə milli komandamızın üzvləri YARIMFİNALDA

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boççia idman növü üzrə milli komandasının üzvləriyarımfinala vəsiqə qazanıblar.

İslahat.az xəbər verir ki, Xorvatiyanın Zaqreb şəhərində keçirilən "Intercontinental Challenger” çempionatında öz kateqoriyaları üzrə yarımfinala vəsiqə qazananlarBəhruz Mirzəyev (BC-4), Sona Ağayeva (BC-2) və Orxan Kərimovdur (BC-2).

Yarımfinalda idmançımız Bəhruz Mirzəyev İspaniyadan olan rəqibi Vasile Aqaçe, Sona Ağayeva italiyalı Klaudia Tarqa, Orxan Kərimov isə belçikalı Fransis Rmbuts ilə qarşılaşacaqlar.

Yarıfinallara Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.

Qeyd edək ki, yarış Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

İslahat.az