15 Sentyabr 2021
11:20
21234

BMT rəsmisindən Azərbaycanla Ermənistan arasında dialoqun qurulması məsələsi ilə bağlı AÇIQLAMA

BMT Baş Assambleyası dünyanın müxtəlif yerlərində cərəyan edən münaqişələrin həlli üçün öhdəsinə düşən vəzifələri yerinə yetirməyə çalışacaq.

İslahat.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid münaqişədən sonrakı dövrdə Azərbaycanla Ermənistan arasında dialoqun qurulması məsələsinin BMT Baş Assambleyasında müzakirəsi ilə bağlı "Report”un sualını cavablandırarkən deyib.

"Sülh və təhlükəsizlik məsələləri birbaşa olaraq BMT Təhlükəsizlik Şurasının mandatına daxildir. Buna baxmayaraq, BMT Baş Assambleyasının da bu kimi məsələlərdə öz rolu var. Mən Baş Assambleyanın öhdəliklərini bütün dünyada yerinə yetirməyə çalışacam”, - deyə o qeyd edib.

İslahat.az