25 Oktyabr 2021
12:57
21774

Bloqerin həyat yoldaşı döyülərək ölüb? - RƏSMİ AÇIQLAMA

Bakının Nəsimi rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

İslahat.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub:

"K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir”.

Qeyd edək ki, K.Namazov bloqer Ayşən Mirzəyevanın həyat yoldaşı olub. 

Okytabrın 13-də onlar nikaha daxil olublar. 

Bloqer iddia edib ki, əri iki nəfər idmançı tərəfindən döyülərək öldürülüb. 

İslahat.az