24 Noyabr 2021
14:49
22331

Tələbələrin NƏZƏRİNƏ: Universitet üçün yeni yataqxanalar tikiləcək

Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində işlər aparılır.

İslahat.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib.

Rektor qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində müasir səviyyədə tələbə şəhərciyinin salınması layihəsi üzərində işlənilir.

"Orada nəinki BDU tələbələrini, hətta yaxınlıqdakı digər universitetlərin də tələbələrini təmin etmək imkanımız olacaq", - deyə rektor qeyd edib.

İslahat.az